Şriftin ölçüsü :

Saytın rəngi :

Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən qaçqınlar üçün salınmış şəhərcikdə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə səyyar görüş keçirildi

20 avqust 2019 | 16:00

Müxtəlif bölgələrdə məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə mütəmadi olaraq keçirilən səyyar qəbullar davam edir.  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu  avqustun  20-də Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən qaçqınlar üçün salınmış şəhərcikdə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Görüşdə RİH aparatının məsul işçiləri, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdi.
Qəbul zamanı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat  verdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi. Qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı və digər məsələlərlə əlaqədar  aidiyyəti üzrə tapşırıqlar verildi.

Keçidlər