Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon İcra hakimiyyəti başçısının 2019-cu ilin ikinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi

09 avqust 2019 | 16:00

Zəngilan rayon İcra hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi. İclasda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Ramiz Həsənov  31 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş müşavirəsi barədə məlumat verdi. Rayon rəhbəri çıxışında bildirdi ki, bu ilin birinci yarısında ölkəmizdə iqtisadi inkişafın təmin olunmasında, sosial məsələlərin həllində, ordu quruculuğunda uğurlar əldə olunmuş və bu inkişaf 2019-cu il ərzində də uğurla davam edəcəkdir.
Yığıncaqda RİH başçısının rayonda görülən işlər barədə məruzəsi dinlənildi.
Məruzə  ətrafında edilən çıxışlarda görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr müzakirə edilməklə Azərbaycan Respublikasının Əmək və  Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Zəngilan rayon  şöbəsinin müdiri Çapay İbrahimov, Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov və Bartaz kənd inzibati ərazi üzrə nümayəndə Şamxal Məmmədovun çıxışları dinlənilərək  ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparıldı. İclasın sonunda rayon İcra hakimiyyətinin başçısı ölkə başçısının tapşırıqları ilə bağlı irəli gələn vəzifələrin uğurla həyata keçirilməsi istiqamətində Zəngilan rayon İcra hakimiyyəti, müəssisə və təşkilatlar tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyini və zəngilanlıların möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşəcəyini vurğuladı.

Keçidlər