Zəngilan rayon İcra hakimiyyəti başçısının səyyar qəbulu keçirildi
30 iyul 2019 | 16:00
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu iyul ayının 30-da Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Rəşid ismayılov küçəsi 1 a ünvanında yerləşən yataqxanada məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbul zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu siyasəti sayəsində ölkəmizdəki sabitlikdən, uğurlu iqtisadi islahatlardan danışdı. Sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi. Müraciətlərin bir çoxu yerində həll edilərək, mənzillə təmin olunma ilə bağlı digər müraciətlər barədə ətralı izahat verildi.