Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı səyyar görüş keçirdi

23 iyul 2019 | 16:00

Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü Xətai rayonu, Zığ yolu 15, Zəngilan rayon 7 nömrəli tam orta məktəbdə  keçirildi. Qəbulda rayon rəhbəri ilə yanaşı, aparatın məsul işçiləri, rayon  hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı.
Daha sonra sakinlərin problemləri dinlənildi və həlli üçün aidiyyəti üzrə tapşırıqlar verildi. Müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.
Sonda vətəndaşlar məcburi köçkünlərə göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər