Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu

21 iyun 2019 | 16:00

İyun ayının 21-də Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasının iclas zalında RİH başçısı, aparatın məsul işçilərinin iştirakı ilə Dövlət Qulluqçularının peşə bayramı qeyd olundu.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov dövlət qulluqçularını bu əlamətdar gün münasibətilə təbrik etdi, onlara fəaliyyətlərində uğurlar arzuladı və  bildirdi ki, bu gün də dövlət qulluğu sahəsində islahatların aparılması, dövlət qulluqçularının sosial rifahının yaxşılaşdırılması möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının daim diqqətindədir.
Daha sonra  aparatın məsul işçiləri,  rayonun dövlət qulluqçuları çıxış edərək peşə bayramı münasibəti ilə həmkarlarını təbrik etdilər və onlara bu şərəfli yolda uğurlar arzuladılar. Ölkə başçısına dövlət qulluqçularına göstərilən xüsusi diqqətə görə minnətdarlıqlarını  bildirdilər. Sonda dövlət qulluqçuları çay-şirniyyat süfrəsinə dəvət olundular.

Keçidlər