Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhəri, 1 nömrəli texniki peşə məktəbinin binasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə səyyar görüş keçirildi.

18 iyun 2019 | 16:00

18 iyun 2019-cu il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Sumqayıt şəhəri, 1 nömrəli texniki peşə məktəbinin binasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə növbəti səyyar qəbulunu keçirdi.
RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə  Respublikamızda qazanılan uğurlardan,  əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən, həmçinin məcburi köçkünləri daha çox narahat edən mənzillə təmin olunma ilə bağlı dövlət proqramı haqqında danışdı.
Daha sonra müraciətlər dinlənildi. Problemlərin bir çoxu yerində həll edildi, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər