Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir

11 iyun 2019 | 16:00

Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu 11 iyun 2019-cu il tarixdə  Sabunçu rayonu, R.Qəmbərov küçəsi, Neft texnikumunun yataqxanasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etdilər.
Qəbul zamanı RİH-nin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı düzgün iqtisadi siyasətdən ətraflı danışdı.
Daha sonra sakinlərin problemləri dinlənildi. Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edildi, bəzilərinin həlli nəzarətə götürüldü və müsbət həll üçün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər