Rayon İcra Hakimiyyətinin başçısı növbəti görüşünü Pirşağı qəsəbəsi, “Məşəl” pioner düşərgəsində məskunlaşan məcburi köçkünlərlə keçirdi
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov növbəti görüşünü Pirşağı qəsəbəsi, “Məşəl” pioner düşərgəsində məskunlaşan məcburi köçkünlərlə keçirdi. Görüşdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, RİH başçısı aparatının məsul işçiləri, rayon idarə və müəssisə rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov çıxış edərək, Prezident cənab İlham Əliyevin düzgün siyasəti nəticəsində iqtisadiyyatımızın günü-gündən inkişaf etdiyini, xarici siyasətdə böyük nailiyyətlər əldə edildiyini vurğuladı. Qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışdılar.
Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətlər dinlənildi.
Sonda sakinlər məcburi köçkünlərə göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdi.