Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun zəngilanlı məcburi köçkünlərlə növbəti səyyar görüşü

30 aprel 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Sabunçu rayonu, Zabrat qəsəbəsində, 9 saylı bağçada məskunlaşan zəngilanlı məcburi köçkünlərlə növbəti səyyar qəbulunu keçirdi.
RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətdən danışdı, bu siyasətin nəticəsində insanların vəziyyətinin getdikcə yaxşılaşdığını vurğuladı. İqtisadiyyatın günü-gündən inkişaf etdiyini, əhalinin sosial-məişət problemlərinin həll olunduğunu diqqətə çatdırdı.
Daha sonra müraciətlər dinlənildi. Problemlərin bir çoxu yerində həll edildi, digər məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
Sonda sakinlər onlara göstərilən diqqət və qayğıya görə Ölkə rəhbərinə minnətdarlıqlarını bildirdilər.

Keçidlər