Şriftin ölçüsü :

Saytın rəngi :

Məcburi köçkünlərlə səyyar görüşlər davam edir

16 aprel 2019 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu aprel ayının 16-da  Nərimanov rayonu, Hidayətzadə 20 ünvanında yerləşən yataqxanada  və ətraf evlərdə məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi.
Qəbul zamanı RİH-nin başçısı ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat  verdi. Sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi və ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edildi, bəzilərinin isə həlli nəzarətə götürüldü və müsbət həll üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.
Sonda sakinlər məcburi köçkünlərə göstərilən xüsusi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirdilər.

Keçidlər