Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısı növbəti səyyar görüşünü keçirdi

09 aprel 2019 | 16:00

Prezident İlham Əliyevin tapşırığına əsasən sakinlərin sosial problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Zəngilan RİH başçısı Ramiz Həsənovun mütəmadi olaraq təşkil edilən səyyar görüşlərindən biri də Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində məskunlaşan məcburi köçkünlərlə keçirildi. Məcburi köçkünlərlə görüşən Ramiz Həsənov ölkədə aparılan sosial iqtisadi inkişafdan danışaraq ölkəmizin günü-gündən daha da gücləndiyini vurğuladı. Aparılan düzgün daxili və xarici siyasət nəticəsində tezliklə öz doğma torpaqlarımıza qayıdacağımıza əmin olduğunu bildirdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərini dinlədi.
Səyyar qəbul zamanı çıxış edən sakinlər məcburi köçkünlərə göstərilən xüsusi qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və onları narahat edən bəzi problemlərin aradan qaldırılmasını xahiş etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verildi. Bəzi məsələlər yerində həll olundu.

Keçidlər