Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayonunun məktəbliləri “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində yola salındılar

23 mart 2019 | 16:00

23 mart tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi Tanıyaq” tur-aksiyası çərçivəsində Zəngilan rayon ümumtəhsil məktəblərinin təhsildə və ictimai işlərdə fərqlənən 20 nəfər şagirdinin yolasalınma mərasimi keçirildi.
Keçirilən tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov, məktəb direktorları, valideynlər və məktəblilər iştirak etdilər.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı.
Mərasimdə çıxış edənlər “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdı.
Yola salma mərasimi konsert proqramı ilə davam etdi.
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola düşdülər.

Keçidlər