31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi
27 mart 2019-cu il tarixdə Zəngilan Rayon İcra Hakimiyyəti və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zəngilan rayon 15 №-li tam orta məktəbin akt zalında 31 mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, aparatın məsul işçiləri, iştirak etdilər.
İlk öncə soyqırıma məruz qalmış soydaşlarımızın və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Nizami Mönsümov soyqırımla əlaqədar geniş məlumat verdi. O, çıxışında erməni millətçilərinin təkcə ötən əsrin əvvəlində deyil, tarix boyu xalqımıza qarşı işğalçılıq siyasəti yürütdüyünü, xarici havadarlarının dəstəyi ilə tarixin ayrı-ayrı dönəmlərində azərbaycanlılara qarşı dəhşətli soyqırımlar törətdiklərini qeyd etdi. Daha sonra Zəngilan rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq Quluzadə, həmin məktəbin tarix müəlliməsi Nübar Quliyeva və məktəbin bir neçə şagirdləri çıxış etdilər.
Sonda gənc tələbə Yusifli Ülkərin hazırladığı soyqırım qurbanlarından bəhs edən slayd nümayiş etdirildi.