Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” maarifləndirici tur aksiyasının Zəngilan rayonunu təmsil edən məktəbliləri ilə görüş keçirilmişdir

18 mart 2019 | 16:00

18 mart  tarixində  “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək məktəblilərlə görüş keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar davam etdirilir.
Görüşdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Başçının müavini-İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdiri Nizami Mönsümov, məktəb direktorları, valideynlər və məktəblilər iştirak etdilər.
Nizami Mönsümov bildirdi ki, Quba-Qusar-Xaçmaz marşrutu üzrə reallaşdırılan maarifləndirici tur-aksiyada Zəngilan rayonundan 20 nəfər şagird iştirak edəcək. O, şagirdlərə tur-aksiyadan müsbət şəkildə yararlanmağı tövsiyə etdi.
Qeyd olundu ki, məktəblilər Quba, Qusar və Xaçmaz rayonlarında yerləşən tarixi, maddi-mədəniyyət nümunələri, və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Sonda məktəblilər  dövlət Başçısına gənclərə göstərdiyi diqqətə görə tur aksiya iştirakçıları adından təşəkkürlərini bildirdilər.

Keçidlər