Şriftin ölçüsü :

Saytın rəngi :

Ahıllara qayğı göstərək, təcrübələrindən bəhrələnək.

02 oktyabr 2012 | 15:00

01.10.2012-ci il tarixdə rayon icra hakimiyyəti tərəfindən paytaxtın “Xan Bağı“ şadlıq sarayında “Beynəlxalq Ahıllar Günü” və akademik Bayram Bağırovun 70 illik yubleyinə həsr olunmuş rəsmi və bədii hissəli tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon ağsaqqallar şurasının sədri Xuduş İsgəndərov ağsaqqalları bir araya gətirmək məqsədilə göstərdiyi təşəbbüskarlığa və təşkilatçılıq səylərinə görə RİH-nin başçısı cənab Ramiz Həsənova dərin minnətdarlığını bildirmiş, məclisdə əyləşən ahılları, onların şəxsində rayonumuzun və bütün respublikamızın ağsaqqallarını səmimi qəlbdən təbrik etmiş, onlara möhkəm can sağlığı arzulamışdır.
Sonra söz rayon icra hakimiyyətinin başçısı cənab Ramiz Həsənova verilmişdir. O, “Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar tədbir iştirakçılarını, yubiley münasibətilə akademik B.Bağırovu təbrik etmişdir.
Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası – Türk dünyası elminə və təhsilinə, yüksək xidmətlərinə görə “Büynəlxalq Qızıl Ulduz” medalı verilməsi münasibətilə əməkdar mühəndis, professor B.Bağırovu RİH-nin başçısı cənab R.Həsənov və rayon ağsaqqallar şurasının sədri X.İsgəndərov təbrik etmiş, ona fəxri fərman və hədiyyələr vermişlər. Rayon təhsil şöbəsi və rayon mədəniyyət şöbəsi həmin təbriklərə qoşularaq B.Bağırova gül dəstələri və hədiyyələr təqdim etmişlər.
Tədbirdə Bəxtiyar Süleymanov, Hürü Mehralıyeva, Miriş Hüseynov də çıxış edərək, tədbir iştirakçılarını və akademik B.Bağırovu təbrik etmişlər.
Sonra Akademik Bayram Bağrov göstərilmiş yüksək diqqət və qayğıya görə RİH-nin başçısı cənab R.Həsənova öz səmimi təşəkkürünü bildirmişdir.
Bədii proqramla davam etdirilmiş, iştirakçılarda xoş ovqat yaradan tədbirə yekun vuran RİH-nin başçısı cənab R.Həsənov bir daha bildirmişdir ki, ölkə rəhbərinin, dövlətimizin apardığı siyasətə uyğun olaraq rayonumuzun ağsaqqal və ağbirçəklərinə bundan sonra da yüksək qayğı, diqqət, hörmət və ehtiram göstəriləcəkdir.
 

Keçidlər