8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir
Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində yerləşən klubda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə bayram tədbiri keçirildi.Tədbirdə Rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə yanaşı, rayonun ictimai-siyasi həyatında fəal olan qadınlar iştirak etdi.
İlk olaraq RİH-nin başçısı Ramiz Həsənov Azərbaycanda qadınlara göstərilən ənənəvi ehtiramdan, dövlət qayğısından danışaraq bildirdi ki, Ümummilli lider Heydər Əliyev daim qadınlarımızın zəhmətini, cəmiyyət həyatının müxtəlif sahələrində fəaliyyətini yüksək qiymətləndirmiş, onlara hər zaman böyük hörmətlə yanaşmışdır. Cənab Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bu gün qadınlara ictimai həyatın bütün sahələrində bərabər imkanlar yaradılmışdır.
Rayonun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrində çalışan qadınlarımızın öz bilikləri, bacarıqları, işgüzarlıqları ilə hər zaman seçildiklərini, rayonumuzda da qadınlarımızın bir çox dövlət vəzifələrində çalışmaqla onlara etibar olunan işlərin öhdəsindən layiqincə gəldiklərini vurğulayan Ramiz Həsənov bütün rayon qadınlarını təbrik edərək, onlara xoş arzularını bildirdi. Bayram münasibətilə gözəl xanəndə, müğənni Məlahət Hüseynova öz ifası ilə xanımları təbrik etdi.