Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu fevralın 19-da Sumqayıt şəhəri 15 saylı musiqi məktəbində keçirildi. İclasda RİH aparatının məsul işçiləri, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdi.
Qəbul zamanı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Rayon rəhbərinin göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciətlərin bir çoxu yerindəcə həll edildi. Digərlərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq araşdırılıb, müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.