Könüllüyə sən də qoşul
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Programı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onlara yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.
Qeyd edilən vəzifələrin icrasını təmin etmək məqsədi ilə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı Aparatında “Dövlət Qulluğu” sahəsində gənclərin könüllü təcrübə keçməsi təşkil olunur. Rayonda gənclər arasında könüllülük fəaliyyətinin təşviq edilməsi məqsədilə Zəngilan rayon İcra Hakimiyyəti Başçısı 25 fevral 2019-cu il tarixli 10 nömrəli Sərəncam imzalamışdır. Könüllü olaraq təcrübəyə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə Rayon İcra Hakimiyyəti Başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsində şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Əliyev Şənlik Əvəz oğlu könüllülərlə iş üzrə koordinator müəyyən edilmişdir. Zəngilan rayon İcra Hakimiyyəti Başçısı Aparatında könüllülük fəaliyyətinə şəxslər 2 ay müddətinə qoşulur.
Gündəlik olaraq 2 növbədə könüllülük fəaliyyəti təşkil olunur.
Növbələrin bölgüsü aşağıdakı kimidir:
• 09:00-13:00 – birinci növbə
• 14:00-18:00 – ikinci növbə
Könüllülük fəaliyyətinə gənclər 2 ay müddətində qoşulur və öhdəliklərini uğurla başa vuran gənclərə icra hakimiyyəti tərəfindən xüsusi sertifikatlar və müsbət xasiyyətnamə veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Təşkil olunan könüllülük fəaliyyətinə ali və orta ixtisas təhsilli, 16-29 yaş arası gənclər müraciət edə bilər.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:
•İntizamlılıq;
•Ünsiyyətcillik;
•Operativlik;
•Kollektivdə işləmək bacarığı;
•Təşkilatçılıq;
•Təşəbbüskarlıq;
•Kompüter bacarığı;
Qeyd: “Könüllü fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur.