Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirildi

13 fevral 2019 | 16:00

13 fevral 2019-cu il tarixində Zəngilan Rayon İcra Hakimiyyəti başçısının 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, Milli Məclisin deputatı İmamverdi İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİH başçısı aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, idarə-müəssisə, aidiyyəti təşkilat rəhbərləri, ərazi nümayəndəlikləri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. İlk öncə rayon rəhbəri və qonaqlar Ulu Öndər Heydər Əliyevin Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında ucaldılmış abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Zəngilan RİH başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətini, dövlət başçısının tapşırıq və tövsiyyələrini əməli fəaliyyətində rəhbər tutan Rayon İcra Hakimiyyəti tərəfindən ötən ildə vətəndaşların sosial-məişət şəraitinin yaxşılaşdırıldığını, sosial-iqtisadi sahədə görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu diqqətə çatdıraraq il ərzində görülmüş işlər haqqında hesabat məruzəsi ilə çıxış etdi.
Rayon rəhbəri çıxışında 2018-ci ilin ölkəmiz üçün uğurlu il olduğunu, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycanın uğurla, sürətlə inkişaf etdiyini, ötən ilin əvvəlindən qarşıya qoyulmuş bütün vəzifələrin icra edildiyini bildirmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyyələrini hər zaman əməli fəaliyyətində rəhbər tutan Zəngilan rayon İcra Hakimiyyəti, 2018-ci il ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı müəyyən işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir. Rayon İcra Hakimiyyətinin başçısı R.Həsənov məruzəsinin sonunda zəngilanlıların həmişə olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı məqsədyönlü siyasətin tələbinə uyğun quracaqlarına əminliklə ifadə etdi. Hesabat yığıncağına Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənov yekun vuraraq bildirdi ki, 2019–cu ildə də dövlət başçısı cənab İlham Əliyevin layiqli və uğurlu siyasəti ilə uğurlarımıza yeni uğurlar qatılacaq və nailiyyətlərimiz daha çox olacaqdır. Çünki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş və Prezident İlham Əliyevin başçılığı altında uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunan nailiyyətlər Azərbaycanın bu sahədə gələcəkdə də daha böyük uğurlar qazanacağına zəmin yaradır.
Rayon rəhbərinin məruzəsindən sonra Azərbaycan Respublikasının Milli Məclisinin deputatı İmamverdi İsmayılov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Ağəli Əhmədov, Zəngilan rayon Vergilər şöbəsinin müdiri Çingiz Quliyev, rayon Təhsil Şöbəsinin müdiri Nəsib Miriyev, Rayon Ağsaqqallar Şurasının sədri Xuduş İsgəndərov, Zəngilan rayon Gənclər və İdman idarəsinın rəisi Natiq Quluzadə çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən hərtərəfli və sürətli tərəqqidən danışdılar və rayonda ötən ilin yekunlarını müsbət dəyərləndirdilər. Sonda bir qrup rayon fəalları  fəxri fərmanla təltif olundu.

Keçidlər