Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon rəhbəri bu il tələbə adını qazanan bir qrup gənci qəbul etmişdir

16 sentyabr 2012 | 15:00

Son illər yaranmış ənənəyə uyğun olaraq Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov respublika üzrə keçirilmiş test imtahanlarında yüksək bal toplayaraq ali məktəblərə qəbul olunmuş bir qrup gənci qəbul etmişdir.
Bu münasibətilə sentyabr ayının 14-də təşkil olunmuş tədbirdə rayonun idarə-müəssisələrinin, pedaqoji ictimaiyyətin nümayəndələri, valideynlər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı cənab R.Həsənov Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamını xatırladaraq, onun Müstəqil Azərbaycan naminə təhsilin inkişafı sahəsində həyata keçirdiyi işlahatları, gördüyü genişmiqyaslı işləri yada salmışdır.
Ümummilli liderin başladığı təhsil siyasətini uğurla davam etdirən ölkə başçısı İlham Əliyevin, eləcə də Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın son illər bu sahənin tərəqqisi naminə həyata keçirdikləri çoxşaxəli işlərə diqqət yönəldən rayon rəhbəri vurğulamışdır ki, təkcə bu il respublika üzrə 160 məktəb inşa olunmuşdur. Halbuki əvvəlki dövrlərdə bir tədris ilində yalnız 1-2 məktəbi çətinliklə tikib istifadəyə vermək mümkün olurdu. Yüksək səviyyədə göstərilən qayğının nəticəsidir ki, bütün respublikada olduğu kimi, Zəngilan rayon məktəblərinin tədris imkanları ilbəil yaxşılaşır, maddi-texniki bazası möhkəmlənir, informasiya kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində əsaslı tədbirlər görülür. Məhz bu səbəbdəndir ki, rayonumuzun ümumtəhsil məktəblərində təhsilin keyfiyyəti ilbəil yüksəlir. Bunu qazanılmış göstəricilərin timsalında aydın görmək olar. Belə ki, əgər 2010-2011-ci tədris ilində rayon üzrə ali məktəblərə qəbul olanların sayı 125 nəfər idisə, bu il həmin göstərici 138 nəfərə çatıb.
Rayon rəhbəri tələbə adını qazanan tədbir iştirakçılarını, onların şəxsində bu il ali təhsil ocaqlarına qəbul olmuş bütün məzunları səmimi qəlbdən təbrik etmişdir. Vurgulamışdır ki, rayon icra hakimiyyəti bu il test imtahanlarından ugurla keçən 138 məzunun hər birinin adına təbrik açıqcası hazırlatmış və həmin açıqcalar onların ünvanlarına göndəriləcəkdir.
Sonra RİH-nin başçısı cənab R.Həsənov tələbə adını qazanmaqla müəllimlərinin, valideynlərinin etimadını doğruldan, rayonumuzun şərəfini uca tutan 10 məzuna - Mustafayeva Leyla Əbdüləzim qızı,Əliyeva Nigar Nuşirəvan qızı,Camalov Mehdi Teymur oğlu, Hüseynzadə İlkin Telman oğlu, Əliyeva Günay Möhtərəm qızı, Xanlarlı Nərmin Fazil qızı, Süleymanova Röya Elbrus qızı, Rüstəmova Lamiyə Fəxrəddin qızı, Muxtarova Fatimə Elşən qızı, İsrafilzadə Emin Seymur oğluna bir daha xoş arzularını bildirmiş, təzə-tər güllər, təbrik açıqcaları təqdim etməklə, onları maliyyə vəsaiti ilə mükafatlandırmışdır.
Tədbirdə rayon təhsil şöbəsinin müdiri Zakir İbrahimov, Zəngilan rayon 26 nömrəli tam orta məktəbin direktoru Süleyman Abdullayev, valideyn Telman Hüzeyzadə, bu il tələbə adını qazanan Günay Əliyeva çıxış etmişlər.
 

Keçidlər