Şriftin ölçüsü :

Saytın rəngi :

"Qəhrəmanları olan Vətən basılmaz!” adlı şeir və esse müsabiqəsi keçirilmişdir

15 yanvar 2019 | 16:00

15 yanvar 2019-cu il tarixdə Zəngilan rayon İcra Hakimiyyətinin təşəbbüsü, Rayonun Gənclər və İdman İdarəsinin təşkilatçılığı və Mədəniyyət şöbəsinin dəstəyi ilə rayonun ümumtəhsil məktəbləri arasında 20 yanvar faciəsinə həsr olunan "Qəhrəmanları olan Vətən basılmaz!" adlı şeir və esse müsabiqəsi keçirilmişdir.
Müsabiqənin keçirilməsində əsas məqsəd məktəbliləri vətənpərvərlik ruhunda tərbiyə etmək, şeir ifaçılığı sənətinə marağın artırılması və bədii qiraət sahəsində xüsusi istedada malik yeniyetmə və gənclərin aşkarlanması idi.
Müsabiqədə rayonun 29 məktəbindən şagirdlər iştirak etmişdir.
Esse müsabiqəsi üzrə I yerə 1 nömrəli tam orta, II yerə 4 nömrəli ümumi orta, III yerə 22 nömrəli tam orta məktəblərin şagirdləri, şeir müsabiqəsi üzrə isə I yerə 4 nömrəli tam orta, II yerə 13 nömrəli tam orta, III yerə 1 nömrəli tam orta məktəblərin şagirdləri layiq görülmüşlər.

Tədbirin sonunda şeir və esse üzrə fərqlənən şagirdlər diplomla təltif olunmuşlar.

Keçidlər