Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi
Müxtəlif bölgələrdə məskunlaşan zəngilanlı məcburi köçkünlər ilə mütəmadi olaraq keçirilən səyyar qəbullar davam edir. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbulu noyabrın 27-də Binəqədi rayonu Biləcəri qəsəbəsi Xəzri mehmanxanasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. İclasda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağəli Əhmədov, RİH aparatının məsul işçiləri, rayonun aidiyyəti idarə müəssisə, təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etdi.
Qəbul zamanı Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Ağəli Əhmədov çıxış edərək cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda qazanılan uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən, məcburi köçkünləri daha çox narahat edən mənzillə təmin olunma ilə bağlı dövlət proqramı haqqında danışdı.
Daha sonra sakinlərin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə çıxışlar dinlənildi və rayon rəhbərinin göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciətlərin bir çoxu yerindəcə həll edildi. Digərlərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq araşdırılıb, müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.