Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində yola düşdülər

16 noyabr 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikamızın şəhər və rayonlarının yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında maarifləndirici tur-aksiyalar davam etdirilir.
16 noyabr 2018-ci il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon İcra Hakimiyyətinin Başçısı Ramiz Həsənov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində noyabrın 18-21-də Gəncə-Şəmkir-Göygöl istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərin yola salınmasına həsr olunmuş görüş keçirdi. Tədbirdə idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, şagirdlər, ictimaiyyət nümayəndələri iştirak etdilər. 
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başcısı Ramiz Həsənov vurğuladı ki, “Ölkəmizi Tanıyaq” lahiyəsi şagirdlərin hərtərəfli inkişafı, dünyagörüşlərinin zənginləşməsi, vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında tarixi mədəni irsimizi öyrənmələri üçün gözəl fürsətdir.  Respublikamızın regionlarına səyahətin məktəblilərdə xalqımızın malik olduğu multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdırdığını bildirərək şagirdlərə tur-aksiyadan müsbət şəkildə yararlanmağı tövsiyə etdi.
Mərasimdə çıxış edənlər “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar. Qeyd olundu ki, məktəblilər 4 gün davam edəcək tur-aksiyada Gəncə-Şəmkir-Göygöl üzrə bu rayonlarda yerləşən tarixi, maddi-mədəniyyət nümunələri və başqa gəzməli-görməli yerlər ilə tanış olacaqlar.
Çıxış edən şagirdlər, müəllimlər, valideynlər bu şəraiti yaratdığı üçün dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər