Sabirabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qaz verildi
2018-ci il noyabrın 19-da Sabiabad rayonunun Rüstəmli kəndi ərazisində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə təbii qazın verilməsi sakinlərin böyük sevincinə səbəb oldu.
Bu məqsədlə keçirilən tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etdilər. Çıxışlarda bildirildi ki, 161 fərdi evdən ibarət olan qəsəbənin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 10 574 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı həmçinin paylayıcı qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Tədbirdə çıxış edən qəsəbə sakinləri və ictimaiyyət nümayəndələri yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.