Şriftin ölçüsü :

Saytın rəngi :

İtaliyalı diplomat Mario Rafaelli Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində yaradılan şəraitlə tanış oldu

19 noyabr 2018 | 16:00

Noyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) təşkilatçılığı ilə “Azərbaycanın işğal edilmiş ərazilərində qeyri-qanuni fəaliyyət və üçüncü tərəflərin məsuliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək üçün Bakıya gəlmiş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin (hazırkı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) Minsk Konfransının sabiq sədri, İtaliya xarici işlər nazirinin keçmiş müavini Mario Rafaelli Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində yaradılan şəraitlə tanış oldu. 
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmovanın müşayiəti ilə qonaqlar ərazidə yerləşən 33 saylı Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə tanış olub, “Şəfəq” uşaq  bağçasında körpələrin ifa etdikləri rəqs və mahnılara tamaşa etdilər. Məktəbin müəllim kollektivi söhbət əsnasında qonaqlara məcburi köçkünlər üçün Azərbaycan dövləti tərəfindən hər cür şəraitin yaradıldığını, lakin bununla belə, onların öz doğma torpaqlarına qayıtmaq istədiklərini bildirdilər. Daha sonra qonaqlar Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyində uzaq keçmişdən bu günə qədər rayon əhalisinin həyat tərzini, məişət və mədəniyyətini əks etdirən eksponatlara baxış keçirdilər.

Keçidlər