Şriftin ölçüsü :

Saytın rəngi :

Murov dağinin ətəyində əsgərlərlə görüş

19 avqust 2012 | 15:00

18 avqust 2012-ci il tarixdə Zəngilan rayon rəhbərliyi rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də daxil olmaqla 30 nəfərlik heyətlə Murov dağının ətəklərində sərhədlərimizi qoruyan əsgər və zabitlərlə görüşmək, onların Müqəddəs Ramazan bayramını təbrik etmək üçün “N” saylı hərbi hissəyə səfər etmişdir.
Səfər çərçivəsində əsgərlər üçün təntənəli tədbir təşkil olunmuşdur.
Tədbiri bayram təbriki və giriş sözü ilə açan Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Həsənov qürur hissilə qeyd etmişdir ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş Müstəqil Azərbaycanımız bugün möhtərəm prezidentimiz İlham Əliyevin dürüst idarəçilik bacarığı sayəsində özünün ən dinamik inkişaf dövrünü yaşayır. İndi Azərbaycan Qafqazın ən güclü dövləti olduğu kimi, onun ordusu da regionun ən qüdrətli ordusudur. İcra başçısı Ramazan bayramı münasibətilə “N” saylı hərbi hissənin heyətini təbrik etmiş, əsgərlərə hərbi xidməti layiqincə başa vurub, sağ-salamat ailələrinə qayıtmağı arzulamışdır.
Tədbir bayram konserti ilə davam etdirilmişdir. Azərbaycan Dövlət Filarmoniyasının solisti Almaz Orucovanın, “Xalq ulduzu” müsabiqəsinin qalibi Tural Salmanovun, həmin müsabiqənin finalçısı Nərgiz Mehdiyevanın, tanınmış müğənnilər Allahverdi Xəyalın, Aygün Rəhimovanın ifa etdikləri mahnılar davamlı olaraq gurultulu alqışlarla qarşılanmış, əsgərlərin rəqsləri ilə müşayiət olunmuşdur.
Bayram hədiyyəsi olaraq hərbi hissəyə 3 ədəd genişekranlı televizor, 1 ədəd paltaryuyan maşın, 2 ədəd generator qurğusu, həmçinin orada xidmətdə olan əsgərlərin gündəlik istifadəsi üçün məişət əşyalarından ibarət 600 paket dəsti bağışlanmışdır.
Tədbirin sonunda hərbi hissənin şəxsi heyəti adından çıxış edən zabit Şahin Xankişiyev göstərilən diqqət və qayğıya görə ölkə başçısına və Zəngilan Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
 

Keçidlər