Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyəti başçısının əhali ilə səyyar görüşləri davam edir

18 sentyabr 2018 | 16:00

Səyyar görüşlər əhalinin üzləşdiyi problemləri tam öyrənmək və həlli istiqamətində operativ qərarlar qəbul etmək, icrası vaxt tələb edən məsələləri onlara düzgün izah etmək baxımından səmərəli vasitədir.
Təsdiq edilmiş qrafikə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu  Nərimanov rayonu, K.Rəhimov küçəsində yerləsən 6 saylı Doğum evinin yataqxanasında məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri də iştirak etdilər.
Qəbul zamanı RİH-nin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı, qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat  verdi. Rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Prezident İlham Əliyevin ölkədə yürütdüyü siyasətin əsasında məhz insan və vətəndaş amili dayanır. Həyata keçirilən tədbirlər ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təminatına, habelə vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasına, onları narahat edən problemlərin həllinə xidmət edir.
Ölkə başçısının müvafiq tövsiyə və tapşırıqlarını rəhbər tutan Zəngilan Rayon İcra Hakimiyyəti də sakinləri qayğılandıran bütün məsələləri xüsusi diqqət mərkəzində saxlamağa, imkan daxilində onların operativ həllinə çalışır.
Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Sakinləri diqqətlə dinləyən Rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciət  və şikayətlərin bir çoxu yerindəcə həll edildi, bəzilərinin həlli nəzarətə götürüldü və müsbət həll üçün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər