Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi.

29 mart 2024 | 11:31

29 mart 2024-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə idarənin inzibati binasının iclas zalında 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyəti başçısı, YAP Zəngilan rayon təşkilatı və Aparatın məsul əməkdaşları, şəhər, kənd, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, müəssisə və idarə rəhbərləri və rayonun ümumtəhsil məktəblərinin direktorları iştirak etdi.

Tədbir Ulu Öndər Heydər Əliyevin, soyqırım qurbanlarının və Vətən müharibəsi şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlandı.

Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək qeyd etdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılmışdır. 1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart “Azərbaycanlıların soyqırımı günü” elan edilmişdir.

Sonra isə Zəngilan rayonu Surxay Noçuyev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi Kənan Məmmədov soyqırımla bağlı geniş məruzə etdi.

Sonda 31 mart soyqırımına dair “Tarixin izi ilə” filmi nümayiş etdirildi.

 

Keçidlər