Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə tədbir keçirildi.

30 dekabr 2022 | 15:07

Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov aparat işçilərini 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etdi.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirdi ki, bizi Qələbə zirvəsinə ucaldan 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qeyrətli və vətənpərvər oğulları erməni işğalçılarını məğlub etdilər, torpaqlarımızın düşmən tapdağında qalmasına son qoydular, uzun illər həsrətini çəkdiyimiz yurdlarımızda üçrəngli bayrağımızı qaldırdılar.

Sonda əməkdaşlara uzun ömür, cansağlığı, iş fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.

Keçidlər