Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu keçirildi

10 iyul 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbulu iyul ayının 10-da  Sumqayıt şəhəri, 16-cı mikrarayon, İ. Qayıbov küçəsində məskunlaşan zəngilanlı məcburi köçkünlərlə keçirildi. Qəbulda rayon rəhbəri ilə yanaşı, RİH başçısının müavinləri, şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri iştirak etdi.
Qəbul zamanı RİH-nin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə bütün sahələrdə əldə edilmiş nəaliyyətlərdən, uğurlu iqtisadi islahatlardan danışdı. Qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən və gələcəkdə həlli nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verdi. Daha sonra rayon rəhbəri sakinlərin problemlərinin yerində öyrənilməsi və  həll edilməsi məqsədilə müraciətləri dinlədi.
Sakinlərin müraciətlərinin əsas hissəsi məskunlaşdıqları yataqxanada kanalizasiya xətlərinin təmiri üçün köməklik göstərilməsi ilə bağlı oldu.
Rayon sakinlərindən Əsgərova Məlahət Məhiyyədin qızı  qızının ali təhsilli olduğunu bildirərək müəllimə işi ilə təmin olunmasını xahiş etdi.
Musiqi təhsilinin olduğunu bildirərək Hüseynova Məlahət Bəxtiyar qızının rayon tədbirlərində çıxış etməsi üçün dəvət olunmasını xahiş etdi.
Problemləri diqqətlə dinləyən rayon rəhbərinin göstərişi ilə ayrı-ayrı sahələrə dair müraciətlərin bir çoxu yerindəcə həll edildi, digərlərinin isə aidiyyəti idarələrlə əlaqə saxlanılaraq müsbət həlli üçün bütün mümkün tədbirlərin görüləcəyi bildirildi.

Keçidlər