Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon məktəblərində “Son zəng” tədbiri təntənə ilə keçirildi

14 iyun 2018 | 16:00

Zəngilan rayon məktəblərində hər zaman yüksək səviyyədə təşkil olunan “Son zəng” tədbiri 23 saylı tam orta məktəbdə Rayon İcra Hakimiyyətinin başçısının iştirakı ilə keçirildi.
Aparatın və təhsil şöbəsinin məsul işçilərinin, çoxsaylı şagird və müəllimlərin, valideynlərin toplaşdığı tədbir dövlət himninin sədaları ilə açıq elan edildi. Məktəbin direktoru Ramiz Qulamov çıxış edərək 11-ci sinfi bitirən məzunlara uğurlar arzuladı və qeyd etdi ki, dövlət başçısı tərəfindən xalqımızın gələcəyi olan uşaqlara göstərilən diqqət və qayğı, onların sağlam və bilikli böyüməsi istiqamətində həyata keçirilən işlər rayonumuzda da öz əksini tapır.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkədə təhsilin səviyyəsinin artırılması, xüsusilə məcburi köçkün uşaqlarının təhsil aldığı məktəblərin əsaslı təmiri, yenilərinin tikintisi, onların bütün ləvazimatlarla təminatı və təhsil işçilərinə olan diqqətin artırılması istiqamətində görülən işlər barədə danışdı. Son illər respublikamızda, o cümlədən rayon məktəblərində əlverişli təlim mühitinin yaradılmasından, təhsilin inkişafı istiqamətində  görülən işlərdən bəhs etdi. Müəllimləri, valideynləri, şagirdləri tədris ilinin uğurla başa çatması ilə əlaqədar təbrik edən RİH başçısı Ramiz Həsənov məzunlara müstəqil həyatda atacaqları addımlarda müvəffəqiyyətlər arzuladı.
Tədbir məktəbin 1-ci və məktəb həyatına əlvida deyən 11-ci sinif şagirdlərinin hazırladıqları şeir, mahnı və rəqslərdən ibarət musiqili-bədii hissə ilə davam etdi.
Rayonunun digər məktəblərində də son zəng tədbirləri yüksək təşkilatçılıqla keçirilərək məzunların həyatında xoş xatirəyə çevrildi.

Keçidlər