Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsi işçilərinin peşə bayramı münasibətilə Pirşağa qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə iməcilik keçirildi

23 may 2018 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 may 2007-ci il tarixdə imzaladığı Sərəncama uyğun olaraq ölkəmizdə hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd olunur. Zəngilan rayon Ekologiya və Təbii Sərvətlər İdarəsi ilə  Bəsitçay Dövlət Təbiət Qoruğunun işçiləri 23 may Ekologiya işçilərinin peşə bayramı münasibətilə Pirşağa qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə iməcilik keçirdilər.
Qəsəbənin ərazisində 4-5 il bundan əvvəl əkilmiş ağac və dekorativ bitkilərə qulluq edilmiş, ərazi alaq otlarından təmizlənmiş,  abadlıq işləri və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilmişdir. Daha sonra sakinlərlə ekologiya, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin qorunub mühafizə edilməsi barədə söhbət aparılmışdır.

Keçidlər