Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbir keçirildi.

24 may 2018 | 16:00

24 may 2018-ci il tarixində Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü və Sumqayıt Regional Mədəniyyət və Turizm  idarəsinin təşkilatçılığı ilə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə tədbir keçirildi. Tədbirdə Zəngilan rayon İcra Hakimiyəti başçısı Ramiz Həsənov, aparatın məsul işçiləri,  hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbərləri və kollektivi, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbirin aparıcıları ilk olaraq 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında geniş məlumat verdi. Daha sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin Xalq Çalğı Alətləri Orkestri geniş konsert proqramı ilə çıxış etdi.

Keçidlər