Şriftin ölçüsü :

Saytın rəngi :

30 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

30 aprel 2024 | 16:27

Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 30 aprel 2024-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. 

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, idarə, təşkilat rəhbərləri və həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər iştirak etdi.

Vətəndaşların müraciətləri dinlənildikdən sonra məsələlərin hər biri qeydə alınaraq, problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi.

Səyyar qəbulda iştirak edən rayon sakinləri doğma torpaqlarımızın işğaldan azad olunmasına, onlara dövlət tərəfindən göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Keçidlər