Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

20 aprel 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi. İclasda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov ilk öncə Azərbaycan xalqının 11 aprel 2018-ci il tarixdə öz zəfər qələbəsini çalaraq xalqın rəhbərə olan sevgisini sübut etdiyini qeyd etdi. Bu qələbə münasibətilə bütün zəgilanlıları səmimi qəlbdən təbrik etdi. Daha sonra 09 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Rayon rəhbəri çıxışında bildirdi ki, bu ilin birinci rübündə ölkəmizdə iqtisadi inkişafın təmin olunmasında,sosial məsələlərin həllində,ordu quruculuğunda uğurlar əldə olunmuş və bu inkişaf 2018-ci il ərzində də yüksək templə davam edəcəkdir.
Daha sonra RİH başçısının müavini Nizami Mönsümov fəaliyyətini cənab Prezident İlham Əliyevin tələb və göstərişləri əsasında quran Zəngilan Rayon İcra Hakimiyyətinin rüb ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlər barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.
Məruzə ətrafında müzakirələrdən sonra iclasa yekun vuran Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov qarşıda duran vəzifələrdən bəhs edərək  bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.  Yekunda zəngilanlıların həmişə olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı məqsədyönlü siyasətin tələbinə uyğun quracaqlarına əminlik ifadə olundu.

Keçidlər