Şriftin ölçüsü :

Saytın rəngi :

Zəngilanlı məcburi köçkünlər üçün salınmış yaşayış massivində Novruz şənliyi keçirildi

17 mart 2018 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış massivində Azərbaycan xalqının  milli bayramı olan Novruz bayramı  böyük təntənə ilə qeyd edildi.
Novruzun özənəməxsus xüsusiyyətlərini və adət-ənələrini  əks etdirən atributların  nümayiş etdirildiyi bayram şənliyində Rayon İcra Hakimiyyətinin, icra nümayəndəliklərinin məsul əməkdaşları, rayon üzrə fəaliyyət göstərən hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə və müəssisələrin rəhbərləri, eləcə də rayon ictimaiyyəti iştirak etdi.
Bayram tədbirində rayonun idmançıları müxtəlif idman nümunələri ilə öz məharətlərini sərgilədi. Novruzun əsas personajları olan Kosa və Keçəlin məzhəkəli oyunları, incəsənət ustalarının, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Zəngilan rayon nümayəndəliyinin nəzdində fəaliyyət göstərən musiqi məktəblərinin kollektivinin təqdim etdikləri bayram konserti tamaşaçılarda xoş ovqat yaratdı.
Sonda ənənəvi bayram tonqalı yandırıldı.

Keçidlər