Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı məhsullarının satış-yarmarkası təşkil olundu

24 fevral 2018 | 16:00

Əhalinin, xüsusilə də aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və süni qiymət artımının qarşısının alınması məqsədilə respublikamızın şəhər və rayonlarında kənd təsərrüfatı məhsullarının satış-yarmakaları təşkil edilir. Növbəti kənd təsərrüfatı məhsullarının satış yarmarkası fevral ayının 24-ü Zəngilan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Abşeron rayon, Masazır qəsəbəsi, məcburi köçkünlər üçün salınmış şəhərcikdə təşkil edildi.
Yarmarkada fermerlər, yerli istehsal müəssisəsi və şirkətlər alıcılara bazardakından aşağı qiymətlərlə ərzaq malları, ət, süd, yumurta və digər məhsullar təklif etdilər. Alıcılar yarmarkanın təşkilindən və qiymətlərin sərfəli olmasından razılıqlarını bildirdilər.

Keçidlər