Zəngilan rayon gəncləri arasında Kompüter oyunları üzrə VII Azərbaycan Milli Çempionatının seçim turu keçirildi
Zəngilan rayon gəncləri arasında Kompüter oyunları üzrə VII Azərbaycan Milli Çempionatının seçim turu keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı cənab R. Həsənovun təşkilatçılığı ilə gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, kompüter texnologiyaları sahəsində biliklərin artırılması, eləcə də asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə rayon gəncləri arasında (14-29 yaş arası) Kompüter oyunları üzrə VII Azərbaycan Milli Çempionatında iştirak etmək üçün məktəblərdə, idarə-müəssisə və təşkilatlarda 08 iyun 2012-ci il tarixdən 15 iyun 2012-ci il tarixədək rayon birinciliyi uğrunda yarış keçirildi .
Yarışda məktəblərdə, idarə və müəssisələrdə ilk mərhələnin qalibi olan komandalar müəyyən edilmişdir. Beş komanda arasında gedən mübarizədə rayonun 33 saylı tam orta məktəbinin “Çinar“ komandası qalib adını qazanmışdır. Bu komandanın üzvləri Quba şəhərində keçiriləcək növbəti - zona mərhələsində rayonumuzu təmsil edəcəklər.