29 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
29 yanvar 2024 | 17:48
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 29 yanvar 2024-cü il tarixdə Sumqayıt şəhəri, 12-ci mikrorayonda məskunlaşan zəngilanlı sakinlərlə keçirildi.
Müraciətlər əsasən yeni ailə təsərrüfatının yaradılması, sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, mənzil növbəsinə alınma barədə oldu.
Vətəndaşların problemləri diqqətlə dinlənildikdən sonra qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən tapşırıqlar verildi. Digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.