Şriftin ölçüsü :

Saytın rəngi :

29 avqust 2023-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar görüşü keçirildi.

29 avqust 2023 | 12:28

Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək məqsədilə Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 29 avqust 2023-cü il tarixdə Yasamal rayonu, M.Seyidov küçəsi 27-də məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi. Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.

Qəbul zamanı şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının müraciətləri növbədənkənar, digər sakinlər isə növbəlilik əsasında qəbul edildi.

Qəbula gələn vətəndaşlar Rayon İcra Hakimiyyəti başçısı tərəfindən dinlənildi. Müraciətlər əsasən Məmmədbəyli kəndində olan  qəbirstanlıqların vəziyyəti barədə məlumat almaq, işlə təmin olunma, mənzil məsələsi ilə bağlı köməklik göstərilməsi barədə oldu.

Qaldırılan məsələlərlə bağlı vətəndaşlara qanunamüvafiq izahat verildi.

Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının  Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.

Keçidlər