Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar tədbir keçirildi

19 yanvar 2018 | 16:00

20 Yanvar 1990-cı il uzun illər Sovet imperiyasının əsarətində yaşayan Azərbaycan xalqının azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi, qanla yazılmış şərəfli bir tarixdir. Yanvarın 19-da Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Masazır qəsəbəsində yerləşən klubda 20 Yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, idarə və müəssisə rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
İlk olaraq ana yurdun müdafiəsində öz canlarını sipər edən şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edildi. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov çıxış edərək bildirdi ki, 20 Yanvar hadisəsi xalqımızın tarixinə həkk olunmuş  qanlı faciədir. Çağdaş dövrümüzün qürur, şərəf mücadiləsi olan bu tarix xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin kulminasiya nöqtəsidir. O zaman yalnız Ümummilli liderimiz Heydər Əliyev bütün çətinliklərə baxmayaraq siyasi iradə nümayiş etdirərək, Moskvadakı Azərbaycan  nümayəndəliyinə gəlmiş və SSRİ  rəhbərliyinin törətdiyi bu cinayəti   qətiyyətlə  ittiham edərək,  bəyanatla çıxış etmişdir. Bu faciəyə ilk hüquqi qiyməti Ulu öndər Heydər Əliyev vermiş, 20  Yanvar hadisələri haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq  ictimaiyyətə çatdırılması üçün tədbirlər görülmüşdür.
Sonda  20 yanvar faciəsini əks etdirən film nümayiş olundu.

Keçidlər