Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr - “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” münasibəti ilə tədbir keçirildi.

29 dekabr 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən Zəngilan şəhər uşaq musiqi məktəbində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə tədbir keçirildi.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Xanım Rüstəmova bütün zəngilanlıları qarşıdan gələn 2018 – ci il və dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik edərək onlara fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı.  Ölkə başçısı cənab İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət nəticəsində ölkəmizin sürətli inkişafından bəhs edən X.Rüstəmova  yaxın gələcəkdə öz doğma Qarabağımızda yeni il şənliklərini keçirəcəyimizə inamını vurğuladı. Əminliklə bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin müdrik rəhbərliyi ilə gündən-günə inkişaf  edərək çiçəklənən respublikamızda bütün xalqımızı qarşıda daha firəvan, gözəl həyat gözləyir.
Tədbir geniş konsert proqramının nümayişi ilə davam etdirildi.

Keçidlər