Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Zəngilan rayon təşkilatının IX konfransı keçirildi

01 noyabr 2017 | 16:00

01 noyabr 2017-ci il tarixdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının IX konfransı keçirildi. Konfransdan əvvəl rayon rəhbəri və qonaqlar Zəngilan Rayon İcra Hakimiyyətinin inzibati binasında yerləşən Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, əziz xatirəsini ehtiramla yad etdilər.
Konfransda Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, Milli Məclisinin deputatı İmamverdi İsmayılov, YAP Mərkəzi Aparatının məsul işçisi Misirxan Vəliyev, YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə, YAP Zəngilan rayon təşkiatının nümayəndələri iştirak etdilər.
Konfrans Dövlət himninin səsləndirilməsi ilə açıq elan edildi. Sonra Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Əsəd Hüseynov ötən dövr ərzində partiyanın gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış etdi. Bildirdi ki, Yeni Azərbaycan Partiyasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində Azərbaycan gündən-günə inkişaf edir, yeni nəailiyyətlərə imza atır. Azərbaycan dünya miqyasında idman, multikulturalizm, dini, milli tolerantlıq və bir çox digər sahələr baxımından nümunəvi ölkəyə çevrilib. Ə.Hüseynov bildirdi ki, YAP Zəngilan rayon təşkilatı hesabat dövrü ərzində öz fəaliyyətini partiyanın Nizamnaməsi və Proqram müddəalarının, Yeni Azərbaycan Partiyasının qurultaylarının qərarlarının, İcra Katibliyinin tapşırıq və tövsiyələrinin rəhbər tutulması əsasında tam dəqiqliyi ilə həyata keçirmişdir.
Nəzarət-təftiş qurupunun sədri Hidayət Həsənovun hesabatı dinlənildi. Konfransda məruzə ətrafında Ağsaqallar şurasının sədri Xuduş İsgəndərov, təşkilatın nümayəndəsi, DSMF-nin Zəngilan rayon şöbəsinin müdir müavini Həsən Ələkbərov, rayon təşkilatının Qadınlar şurasının sədri Almaz Osmanova, rayon təşkilatının Gənclər Birliyinin sədri Şənlik Əliyev çıxış etdilər.
YAP Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin redaktoru Vüqar Rəhimzadə və YAP Mərkəzi Aparatının məsul işçisi Misirxan Vəliyev çıxış edərək partiyanın keçdiyi şanlı tarixi yoldan, Ümummilli Lider Heydər Əliyevin partiyaya rəhbərlik illərindən, onun ölkə rəhbəri seçildikdən sonra respublikada görülən işlərdən, möhtərəm Prezident cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətdən danışdılar və konfransın işinə uğurlar arzuladılar.
Sonra konfransda çıxış edən Zəngilan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov YAP-ın ölkənin siyasi həyatında əvəzolunmaz rolundan bəhs edərək bildirdi ki, müasir müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində  ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Eyni zamanda bütün regionlarımızda genişmiqyaslı  abadlıq və quruculuq işlərinin aparılması, mövcud problemlərin həll edilməsi, kəndlərimizin, şəhərlərimizin yenidən qurulması ölkəmizin sürətli inkişafına əyani sübutdur.
Konfransada çıxış edən Milli Məclisin deputatı İmamverdi İsmayılov qeyd etdi ki, Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illər ərzində ölkə həyatında əhəmiyyətli dəyişikliklər müşahidə olunduğunu və hər bir vətəndaşın yaşayış səviyyəsində  ciddi irəliləyişlər baş verdiyini vurğuladılar. Sevindirici haldır ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı bu siyasəti və inkişafı daha da sürətləndirərək, respublikamızın bütün dünyada tanınmasına nail olub. Sözsüz ki, bu inkişafın önündə YAP lokomotiv kimi çıxış edərək xalqın rifahına xidmət edir və bundan sonra da edəcəkdir.
Konfransda həmçinin, təşkilatı məsələlərə baxıldı və 31nəfərdən ibarət şura üzvləri, 19 nəfər tərkibdə idarə heyəti,  3 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçildi.
Nizami Mönsümov YAP Zəngilan rayon təşkilatının sədri, Əsəd Hüseynov və Həsən Ələkbərov sədrin müavinləri seçildilər.
Şura iclasında müzakirə olunan məsələlər ilə əlaqədar qərar qəbul olundu. Sonda yığıncaq iştirаkçılаrı adından Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvə müraciət ünvаnlаndı.

Keçidlər