Şriftin ölçüsü :

Saytın rəngi :

Litvalı jurnalistlər Masazırda məcburi köçkünlər üçün salınan yaşayış massivində qonaq oldular

16 oktyabr 2017 | 16:00

Oktyabr ayının 16-da ölkəmizin Litva Respublikasındakı Səfirliyinin dəstəyi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının Dövlət dəstəyi İctimai Birliyinin xətti ilə ölkəmizdə səfərdə olan Litvalı jurnalistlər Adeanas Praleyika və Roumaldas Jurgaistisi Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış massivində yaradılan şəraitlə tanış oldular. Jurnalistləri Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov müşayiət etdi. Jurnalistlərə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uzun illərdir ki, məcburi köçkün vəziyyətində yaşayan soydaşlarımız üçün Azərbaycan dövləti tərəfindən yaradılan hərtərəfli şəraitlə yerində tanış olmaq məqsədilə görüşə gəldiklərinə görə təşəkkürlərini bildirdilər. Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov bildirdi ki, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizi - tarixi torpaqlarımız olan Dağlıq Qarabağ və ətrafdakı 7 rayon işğal olunub, bu ərazilərdə etnik təmizləmə siyasəti aparılıb və bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ərazidə yerləşən 33 saylı Zəngilan rayon tam orta məktəbində yaradılan şəraitlə, şagirdlərin dərs prosesi ilə tanış olan jurnalist  “Şəfəq” uşaq  bağçasında körpələrin ifa etdikləri rəqs və mahnılara tamaşa etdi. Sonra qonaqlar bir zəngilanlı məcburi köçkün ailəsinin məskunlaşdığı mənzildə olmuş, erməni təcavüzü nəticəsində doğma yurd-yuvasından didərgin salınmış insanlara Azərbaycan dövlətinin qayğısı ilə yaradılmış şəraitdən məmnun qaldıqlarını söyləmiş, çay süfrəsi arxasında mövcud durumla bağlı fikir mübadiləsi apardılar və bildirdilər ki, Azərbaycan dövləti bu gün məcburi köçkün həyatı yaşayan vətəndaşlarına hərtərəfli qayğı göstərir, onların problemlərinin həllini müntəzəm diqqət mərkəzində saxlayır. Lakin bütün bunlara baxmayaraq, hər bir məcburi köçkün doğma ocaqlarına qayıtmaq arzusu ilə yaşayır.

Keçidlər