Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi

13 oktyabr 2017 | 16:00

Zəngilan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında ölkə başçısının giriş və yekun nitqində qarşıya qoyulmuş vəzifələr baxımından öz işini təhlil etdi. İclasda RİH başçısının müavinləri, aparatın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanları, idarə-müəssisə rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov 10 oktyabr 2017-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası barədə məlumat verdi.
Rayon rəhbəri çıxışında bildirdi ki, Аzərbаycаn Rеspublikаsının Prеzidеnti cənаb İlhаm Əliyеvin, Ümummilli Lidеrimizin müəyyənləşdirdiyi milli strаtеgiyаyа əsаslаnаn və bаzаr iqtisаdiyyаtı prinsiplərindən qаynаqlаnаn tаrаzlı daxili və xarici siyаsəti nəticəsində ölkəmiz dünyа dövlətləri sırаsındа öz lаyiqli yеrini tutmuşdur. Nəticələr göstərir ki, bu doqquz ayda ölkəmiz uğurla və hərtərəfli inkişaf etmişdir. Bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur. Doqquz ayda yeni iş yerlərinin yaradılması prosesi uğurla getmişdir. Qeyri-neft sənayesi 9 ayda 3,1 faiz artmışdır. Bu gün Azərbaycan özünü dünya miqyasında müstəqil ölkə kimi təqdim edə bilmiş və müstəqil siyasət aparan ölkə kimi tanınmışdır. Əlbəttə ki, bunun təməlində güclü siyasi iradə, xalq-iqtidar birliyi, iqtisadi müstəqillik və bir çox başqa amillər dayanır.
Yığıncaq RİH başçısının müavini Xanım Rüstəmovanın görülən işlər barədə çıxışı ilə davam etdirildi. X. Rüstəmova qeyd etdi ki, fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tələb və göstərişləri əsasında quran Zəngilan Rayon İcra Hakimiyyəti rüb ərzində rayonun sosial-iqtisadi inkişafı ilə bağlı bəzi işlər görmüş və bir sıra tədbirlər həyata keçirmişdir.
Cənab Prezidentin göstərişinə əsasən 2016-2020-ci il Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin tələblərinə görə Sabirabad rayonu, Rüstəmli kəndi ərazisində məskunlaşmış zəhmətkeş əhalimiz də  cənab Prezidentin çağırışına qoşularaq var-gücləri ilə çalışaraq, kənd təsərrüfatının daha da inkişaf etdirilməsi yolunda öz əməli köməkliklərini göstərməyə çalışmışlar. Məşğul əhalimizin çalışdığı kənd təsərrüfatının əkinçilik, bitkiçilik, ət, süd, yun istehsalı və heyvandarlıq göstəricilərində artım olmuş, barama istehsalı 50 kq plana qarşı 65 kq olmuşdur. Əldə edilmiş yaş barama “Şəki-İpək” ASC-nə təhvil verilmişdir.
Həmçinin, ayrı-ayrı təsərrüfatlarda əkilmiş 85,55 ha taxıl sahələrindən 228,8 ton taxıl biçilmişdir ki, bu da hər hektara 27 setner məhsuldarlıq deməkdir. 05 sentyabr 2017-ci il tarixdən 55 ha pambıq sahələrindən 28 min 266 kq xam pambıq yığılaraq Sabirabad rayon pambıq təmizləmə  zavoduna  təhvil  verilmişdir. 10 ha arpa sahəsi və 2 ha yeni yonca sahəsi əkilmişdir. Tut bağlarında  alaqların təmizlənməsi  və arat işləri görülmüşdür.
2017-ci il  doqquz  aylıq  dövrü  ərzində Rayon Məşğulluq Mərkəzinə 194 nəfər işaxtaran vətəndaş müraciət etmişdir. Müraciət edən işaxtaranlardan 19 nəfəri Mərkəz tərəfindən müxtəlif peşələrdə münasib işlə təmin olunmuşdur. Cari ilin  doqquz ayı ərzində mərkəzdə qeydiyyata alınmış 24 nəfər işaxtaranlarla qarşılıqlı məsləhətləşmə əsasında onları yeni peşə öyrənmək üçün “kompyüter mühasibatlığı” peşəsinə cəlb olunmuşdur ki, onlardan 22 nəfəri həmin peşəni bitirmişlər. Üçüncü rübün sonunadək 48 nəfərə işsizlik statusu verilməklə, 53 nəfərə işsizlik müavinəti təyin edilmişdir.
Rayon Maliyyə Şöbəsi dövlət büdcəsinin təyinatı üzrə xərclənməsinə nəzarəti gücləndirmiş, idarə-müəssisə və təşkilatlarda çalışan işçilərin əmək haqqı, pensiya və müavinətlərinin, habelə digər ödənişlərin vaxtlı-vaxtında köçürülməsini təmin etmişdir.
Ötən dərs ilində mövcud olan 33 ümumtəhsil məktəblərinə 4935 şagird cəlb edilmişdir ki, onların da  təlim-tərbiyəsi ilə 820 nəfər pedoqoji işçi  məşğul  olmuşdur. Məktəblərimizdə yeni dərs ilinə hazırlıq yüksək səviyyədə təşkil edilmiş, “Bilik Günü” təntənəli şəkildə keçirilmişdir.
2017-ci ilin 9 ayı ərazində rayon Mərkəzi Xəstəxanası üzrə əhaliyə tibbi xidmət göstərən həkimlərin sayı 12, orta tibb işçilərinin sayı 46 olmuşdur. 186 nəfər şəkər xəstəsi  Mərkəzi Rayon xəstəxanasında qeydiyyata alınmışdır. Həmin xəstələr mütamadi olaraq şəkərsalıcı dərmanlar, qlyukometr aparatı, testlə və şəkər xəstəliyinin yaratdığı fəsadları aradan qaldıran  digər tibbi preoparatlarla təmin olunurlar.
Bildirdi ki, 2017-ci ilin 01 oktyabr  ayında 181 nəfərə ünvanlı sosial yardım, 1685 nəfərə isə müavinət ödənilib ki, bunlardan da, 958 nəfəri müharibə veteranı, 349 nəfəri sosial müavinət, 378 nəfəri isə prezident təqaüdü alanlar olmuşdur.
Sosial Məişət xidməti sektoru üzrə 58 nəfər tənhaya xidmət olunub, 24 nəfərə Naftalan şəhər sanatoriyaları üçün putyovka verilib, 64 əlilə əlillik vəsiqəsi  5 ədəd şəhidlik vəsiqəsi verilmişdir. Həmçinin, 2 nəfər Əlillərin bərpa mərkəzinə müalicə almaq üçün göndərilib, 7 nəfər əlil isə Lənkəran şəhər Palıdlı Sahil istirahət mərkəzinə göndərilmişdir.
Rayon İcra Hakimiyyəti əhalinin qəbulu, onların ərizə və şikayətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görmüşdür. 2017-ci ilin 9 ayı ərzində vətəndaşlardan daxil olmuş müraciətlərə həssaslıqla yanaşılmış, əhalini narahat edən problemlərə mövcud imkanlar çərçivəsində baxaraq həll edilmiş, görülmüş tədbirlərin nəticələri ilə bağlı vətəndaşlara yazılı məlumatlar verilmişdir.
İlin 9 ayı ərzində  Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmiş vətəndaşların sayı 1074 nəfər olmuşdur ki, bunların da 813 nəfəri müxtəlif kütləvi məskunlaşma yerlərində keçirilən 48 səyyar qəbul zamanı, 261 nəfəri isə rayon İcra Hakimiyyəti başçısı aparatında olmuşdur.
2017-ci ilin 9 ayı ərzində  əhalinin sosial müdafiəsi məsələləri üzrə ümumilikdə 114 məcburi köçkün ailəsinə (7 şəhid ailəsi, 9 Qarabağ əlili, 98 aztəminatlı, ailə üzvü xəstə olan, tənha və mənzil şəraiti yararsız olan ailələr) yardım edilməklə digər vacib xeyriyyə tədbirlərinin keçirilməsi təmin edilmişdir. Rayon İcra Hakimiyyəti şəhid ailəsinə, Qarabağ əlilərinə, aztəminatlı və tənhalara, mənzil şəraiti yararsız olan  500  ailəyə 1000 kq ət payı və 325 ailəyə isə ərzaq payı vermişdir. Bundan əlavə Sabirabad rayonu Rüstəmli kəndi ərazisində salınmış qəsəbədə yerləşən 16 nömrəli tam orta məktəbin bütün sinif şagirdlərinə və həmin qəsəbədə fəaliyyət göstərən uşaq bağçasının uşaqlarına hədiyyə payları verilmişdir.
Daha sonra məruzə ətrafında müzakirələrdə Zəngilan rayon İcra Hakimiyyətinin Cahangirbəyli кənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Elsevər Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Zakir İbrahimov, DSMF-nin müdiri Şakir Nuriyev çıxış etdilər.
Yekunda zəngilanlıların həmişə olduğu kimi, bundan sonra da möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşəcəyinə, bütün sahələrdə öz işlərini onun apardığı məqsədyönlü siyasətin tələbinə uyğun quracaqlarına əminlik ifadə olundu.

Keçidlər