28 noyabr 2023-cü il tarixdə növbəti səyyar görüş keçirildi.
Səyyar qəbul qrafikinə əsasən Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 28 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Pirəkəşkül qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Müraciətlər əsasən sosial-həssas qrupdan olan sakinlərə maddi köməklik olunması, müharibə veteranı vəsiqəsi verilməsinə köməklik olunması, Zəngilan rayonunda işlə təmin olunma barədə oldu.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov Cənab Prezidentin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən, apardığı uğurlu siyasət nəticəsində respublikamızın qazandığı uğurlardan, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışdı. Vətəndaşların müraciətləri dinlənildikdən sonra onları narahat edən problemlərin bir çoxu yerindəcə həllini tapdı, həlli müəyyən zaman tələb edən məsələlər isə nəzarətə götürüldü. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyəti qurumlara müraciət olunacağı bildirildi.
Sonda rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.