Şriftin ölçüsü :

Saytın rəngi :

28 May Müstəqillik Günü ilə əlaqədar geniş rayon tədbiri keçirildi.

27 may 2024 | 16:04

27 may 2024-cü il tarixdə Zəngilan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nizami rayonu 272 nömrəli şəhər məktəbinin binasında yerləşən Mincivan qəsəbə uşaq musiqi məktəbinin akt zalında 28 May Müstəqillik Günü ilə əlaqədar geniş rayon tədbiri keçirildi.

Tədbirdə Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov, YAP Zəngilan rayon təşkilatının işçiləri, Aparatın məsul işçiləri, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin işçiləri, idarə-müəssisə rəhbərləri, məktəb direktorları, Vətən müharibəsinin qaziləri, rayon ağsaqqalları iştirak etdilər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsindən sonra açıq elan edildi.

Tədbirdə milli istiqlal tariximizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, qısa vaxt ərzində həyata keçirilən islahatlar, ölkənin demokratikləşməsi və insan hüquqları sahəsində atılan addımlar, dövlətçiliyimizin möhkəmləndirilməsi, müstəqil ölkəmizin ən böyük uğurlarından olduğu qeyd olundu.

1918-ci ildə Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizdə öz önəmi və dəyəri, böyük tarixi əhəmiyyəti olan hadisədir. Cəmi 23 ay yaşamasına baxmayaraq həyata keçirdiyi tədbirlər xalqına, millətinə, onun beynəlxalq səviyyədə tanınmasına, müstəqil demokratik dövlət kimi fəaliyyət göstərməsinə tutarlı bir tarixi faktdır. Müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi bütün sahələrdə - xarici siyasət, beynalxalq münasibətlər, daxili siyasət, milli təhlükəsizlik, sosial-iqtisadi, təhsil, səhiyyə, elm və s. sahələrdə dayanıqlı dövlət kimi fəaliyyət göstərməkdədir.

Ulu Öndər Heydər Əliyevin məqsədyönlü siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2018-ci il ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunmuş və Azərbaycan Xalq Cumhuriyətinin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir.

Tədbir Mincivan qəsəbə uşaq musiqi məktəbinin hazırladığı konsert proqramı ilə davam etdirildi.

Keçidlər