28 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.
Zəngilan Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüşü 28 mart 2024-cü il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində məskunlaşan zəngilanlı sakinlər ilə keçirildi.
Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdi.
Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənov tərəfindən vətəndaşların müraciətləri dinlənildi.
Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izah verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.
Rayon sakinləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdi.