Şriftin ölçüsü :

Saytın rəngi :

28 iyul 2023-cü il tarixdə Abşeron rayonunda məskunlaşan zəngilanlı sakinlərlə növbəti səyyar görüş keçirildi.

28 iyul 2023 | 17:07

Vətəndaşların müraciətlərini dinləmək və mövcud problemlərini həll etmək  məqsədilə  Zəngilan Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Həsənovun növbəti səyyar qəbulu iyul ayının 28-də Abşeron rayonu, Mehdiabad qəsəbəsində məskunlaşan məcburi köçkünlərlə keçirildi.

Qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhər, qəsəbə, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, idarə, təşkilat rəhbərləri iştirak etdilər.

Səyyar görüşdə müraciət edən vətəndaşların problemləri diqqətlə dinlənildi. Qaldırılan məsələlərin bir çoxunun həlli ilə bağlı rayon rəhbəri tərəfindən aidiyyəti üzrə müvafiq tapşırıqlar verildi. Bir neçə müraciətlərlə bağlı vətəndaşlara ətraflı izahat verildi, digərlərinin isə araşdırılaraq qanunamüvafiq qaydada həlli üçün aidiyyatı qurumlara müraciət olunacağı bildirildi.

Sonda vətəndaşlar davamlı diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıqlarını bildirdilər.

 

 

Keçidlər