Şriftin ölçüsü :

Saytın rəngi :

Masazırda məcburi köçkünlərə yeni mənzillər verildi

06 oktyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə oktyabrın 5-də Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə yeni inşa olunan 2 ədədi 80, 1 ədədi 50 mənzildən ibarət olan, ümumilikdə 3 ədəd beşmərtəbəli 210 mənzilli binaların açılış mərasimi oldu.

Azərbaycan  Respublikasının Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verərək bildirdi ki, bu binalar “Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib. Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin qaz, su və elektrik enerjisi ilə təmin olunmuşdur.

Sonda Azərbaycanın birinci vitse-prezidenti binalardakı mənzillərdə yaradılan şəraitlə tanış oldu.

Keçidlər